Təyyarənin təkəri qopdu - FOTO

Təyyarənin təkəri qopdu - FOTO
15:37 3 Yanvar 2015
208 Dünya
Ölkə mətbuatı
A- A+

Maqadan hava limanında xoşagəlməz hadisə baş verib
Maqadan hava limanında xoşagəlməz hadisə baş verib.

Anspress-in məlumatına görə, yük təyyarəsinin şassisi qopub və nəticədə hava gəmisi uçuşu yerinə yetirə bilməyib. Saatda 200 kilometr sürət yığan "Аn-26" təyyarəsi uçuşa qalxa bilməyib. Nəticədə təyyarə uçuş zolağından kənara çıxıb.

Yük təyyarəsi Kamçatkadan Nijnevartovsk şəhərinə uçuş həyata keçirimiş. Təyyarə Maqadan hava limanına yanacaq doldurmaq üçün enib.

Qəza zamanı təyyarənin göyərtəsində on nəfər ekipaj üzvü olub. Xoşbəxtlikdən onlardan heç biri zərər çəkməyib.

Hadisədən sonra hava limanı axşam saatlarına qədər bağlı saxlanılıb və araşdırma aparılıb.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR