Bu müəllim ildə 8 milyon qazandı (VİDEO)

Bu müəllim ildə 8 milyon qazandı (VİDEO)
15:46 3 Yanvar 2015
262 Sosial
Ölkə mətbuatı
A- A+

Bu riyaziyyat müəllimi bir ildə 8 milyon dollar qazanıb. ANS PRESS-in məlumatına görə, cənubi koreyalı müəllim bir il ərzində internet vasitəsilə dərslər keçib. 38 yaşlı Cha Kil-yonq dərsləri izah edərək misallah həll edir. Bu zaman çəkilən videoları isə internetə yükləyir.

Tələbə və şagirdlərin sevimlisi olan müəllim ölkəsində "riyaziyyat ulduzu" adlandırlır. İnternet dərslərdən milyonlar qazanan müəllim tək qayəsinin riyaziyyatı sevdirmək olduğunu deyir.

Cha dərslərinə rəg qatmaq və tələbələrin darıxmaması üçün fərqli üsullara əl atır. Belə ki, o hər dəfə kamera qarşısına müxtəlif geyimlərdə çıxır.

Müəllim riyaziyyatı sevdirmək üçün ötən il pop müğənnisi ilə birlikdə musiqili dərslər verməyə başlamışdı. Musiqi dərs internetdə izlənmə rekordları qırmışdı.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=45&nid=317572

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR