Velosiped qəzası musiqi karyerasına son qoydu

Velosiped qəzası musiqi karyerasına son qoydu
15:57 3 Yanvar 2015
108 Dünya
Ölkə mətbuatı
A- A+

Bonio bir daha gitara çalmaya bilər
İralandiyalı məşhur musiqiçi U2 qrupunun solisti Bono bir daha gitara çalmaya bilər. Anspress-in məlumatına görə, ifaçı noyabr ayında velosipeddən yıxılaraq qolunu 6 yerdən qırmışdı.

Bono qorxunc qəzadan sonra rahat hərəkət etməkdə çətinlik çəkdiyini deyib. Lakin bununla belə U2-nin 2015-ci il turnesində sağalmaq üçün əlindən gələni edəcəyini qeyd edib.

54 yaşlı müğənninin qəza nəticəsində qolu ilə yanaşı, kürək sümüyü və göz çuxuru da çatlamışdı.

"Bərpa müddəti təxmin etdiyimdən daha çətin keçir. Bir daha gitara çalıb çala bilməyəcəyimi belə bilmirəm. Artıq dirsəyimdə titan var. Vaxtımı mahnı zümzümə edərək keçirirəm".

Boni bu ilin birinci yarısında olan bütün tədbiri təxirə salmalı olub.

Qeyd edək ki, U2 solisti yüksək sürətlə hərəkət edərkən qarşıdan gələn başqa velosipedlə toqquşub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317074.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR