Ərdoğanın qızı deputat olur

16:01 3 Yanvar 2015
109 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sumeya Ərdoğan parlament seçkilərində iştirak edə bilər.

ANS PRESS xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavini Suleyman Soylu bildirib.

O deyib ki, böyük siyasi təcrübəyə malik Sumeya Ərdoğan parlament seçkilərində iştirak barədə təklifi qəbul etsə, çox yaxşı olar.

Ümumiyyətlə, Ədalət və İnkişaf Partiyasından seçilən 70-dən çox deputat növbəti parlament seçkilərinə qatılmayacaq. Bu qərar daxili nizamnaməyə uyğun olaraq hakim partiyanın növbəti qurultayında qəbul edilib. Çünki partiyanı təmsil edən deputat üç dəfədən çox müddətə parlamentə seçilmək hüququna malik deyil.

Türkiyədə bu il keçiriləcək parlament seçkilərində Ədalət və İnkişaf Partiyasından olan tanınmış isimlər - baş nazirin müavinləri Bülənt Arınç, Bəşir Atalay və Əli Babacan, ədliyyə naziri Bəkir Bozdağ, partiya sədrinin müavini Hüseyn Çelik, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, xarici işlər naziri Mövlut Çavuşoqlu iştirak edə bilməyəcəklər.

Xatırladaq ki, Türkiyədə parlament seçkiləri 2015-ci il iyunun 14-də keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317585

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR