Azərbaycanlı müğənni "oğurluğunu" etiraf etdi: "Qəbahət iş görməmişəm..."

Azərbaycanlı müğənni "oğurluğunu" etiraf etdi: "Qəbahət iş görməmişəm..."
16:09 3 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı müğənni Niyam Salaminin ifa etdiyi “Yenə mənsiz” adlı mahnının plagiat olduğu məlum olub. Lent.az-ın məlumatına görə, müğənnin ifa etdiyi bəstəni illər öncə Azərbaycan əsilli İran müğənnisi Ququş ifa edibmiş.

Məsələni aydınlaşdırmaq üçün müğənni N.Salami ilə əlaqə saxladıq. O, mövzuya bu cür aydınlıq gətirdi: “Yalan nə deyim? Tanıyanlar bilir ki, açıq danışmağı sevən insanam. Bəli, “Yenə mənsiz” adlı bəstə Ququşun mahnısının oxşarıdır. Mahnını bəyəndim, oxudum. Bu sırf mənim istəyimlə reallaşdı. Belə ki, bu mahnı ilk olaraq mənə təklif olunanda qulaq asdım, bir neçə gün sonra ifa etməyi qərara aldım. Amma anonim olan bu musiqini bir az dəyişdim. Bu məqsədlə Fərid İmana müraciət elədim, o, da bəstəni dəyişib, yeni aranjemanla mənə təqdim etdi. Mahnının sözlərini də Azər Şirin yazdı. Düşünürəm ki, pis də alınmadı. Bu mahnıya görə bir çoxları məni qınasa da, pis bir iş gördüyümü düşünmürəm. Əslində bu mənim uğurumdur ki, ifa etdiyim mahnı bu qədər danışılır. Mahnını dəyişib, oxumaqla bir qəbahət iş görməmişəm”. 

 

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR