Alim Qasımov İranda Tehran Simfonik Orkestrinin müşayiəti ilə konsert verəcək

16:12 3 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 03 Yanvar 2015 16:10 ]

Bakı. Cavid Zeynallı - APA. Azərbaycanın xalq artisti Alim Qasımov yanvarın 11-12-də Tehranda konsert proqramı ilə çıxış edəcək. Xanəndənin mətbuat katibi Səadət Möhübovanın APA-ya verdiyi məlumata görə, konsertdə xalq artisti qızı Fərqanə Qasımova ilə birgə çıxış edəcək.

 

“Vəhdət” Sarayında baş tutacaq konsert proqramında A. Qasımovu Tehran Simfonik Orkestri müşayiət edəcək. S. Möhübova əlavə edib ki, proqrama xalq və bəstəkar mahnıları daxildir.

 

Qeyd edək ki, Alim Qasımov sonuncu dəfə 2014-cü ilin mayında Tehranın Milad sarayında konsert verib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367925

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR