Bakı-Qazax yolunda dəhşətli qəza: 1 ölü, 5 yaralı

Bakı-Qazax yolunda dəhşətli qəza: 1 ölü, 5 yaralı
17:12 3 Yanvar 2015
251 Digər
Ölkə mətbuatı
A- A+

Hadisə günorta saatlarında Kürdəmir rayon ərazisində qeydə alınıb
Bakı-Qazax yolunun 201-ci kilometrliyində ağır yol qəzası baş verib.

Anspress-in məlumatına görə, hadisə günorta saatlarında Kürdəmir rayonu ərazisində qeydə alınıb.

Nicat Heydərovun idarə etdiyi avtomobillə əks istiqamətdən gələn Hidayət Quliyevin sükan arxasında olduğu avtomobil toqquşub. Nəticədə, maşında olan sərnişinlərdən biri, Bakı şəhər sakini, 70 yaşlı Arif Xəlilov hadisə yerində dünyasını dəyişib.

Digər maşınlarda olan sürüclərdən biri daxil olmaqla, ümumilikdə 5 nəfər müxtəlif dərəcəli bədən xasarəti alaraq Kürdəmir rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı BDYP idarəsinində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/317085.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR