Bakıda dilənçiliklə məşğul olan 78 nəfər saxlanılıb

17:32 3 Yanvar 2015
76 Digər
Ölkə mətbuatı
A- A+

[ 03 Yanvar 2015 17:27 ]

Bakı-APA. Paytaxt ərazisində dilənçiliklə məşğul olan şəxslər tutulub.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dilənçiliklə məşğul olduqları üçün Binəqədi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən 72 nəfər (22 qadın, 17 kişi və 33 azyaşlı), Nərimanov Rayon Polis İdarəsi əməkdaşları tərəfindən isə  6 nəfər (2 qadın və 4 azyaşlı) saxlanılıb.

 

Onlara xəbərdarlıq edildikdən sonra müvafiq olaraq yaşadıqları Xızı və Yevlax rayonlarına göndəriliblər.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367928

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR