Kəşfiyyatdan şok açıqlama

17:36 3 Yanvar 2015
82 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna kəşfiyyatı Donbasa Rusiya hərbçilərinin yeni qüvvələrinin gəldiyini açıqlayıb.

ANS PRESS-in məlumatına görə, hərbçilər artıq Luqansk vilayətindəki bütün seperatçı qruplaşmalar üzərində vahid rəhbər mərkəz yaratmağa çalışırlar.

Ukrayna kəşfiyyatı son sutka ərzində Rusiya Federasiyasının yeni hərbçilərinin Ukrayna ərazisinə gəldiyini qeydə alıb.

Bu məlumatı bu gün keçirdiyi mətbuat konfransında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat katibi Andrey Lısenko da təsdiq edib.

Lısenkonun sözlərinə görə, Rusiya Federasiyasının vahid idarəetmə mərkəzinin yaradılması cəhdləri Luqansk vilayətindəki bütün seperatçı qruplaşmalarında qeydə alınıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR