Qusar sakini qohumunu döyüb

18:09 3 Yanvar 2015
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Qusar rayonunda qohumlar arasında dava düşüb. 

Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Yeni Həyat kənd sakini Tehran Qasımov münaqişə zəminində qohumu Qiyas Musaxanovu döyüb. Xəstəxanaya yerləşdirilən Q.Musaxanovun vəziyyəti ağır qiymətləndirilir. 

Faktla əlaqədar rayon prokurorluğu tərəfindən cinayət işi başlanılıb. 

Qusar RPŞ tərəfindən araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR