Bakıda 78 dilənçi saxlanıldı

Bakıda 78 dilənçi saxlanıldı
18:27 3 Yanvar 2015
84 Digər
Ölkə mətbuatı
A- A+

Paytaxt ərazisində dilənçiliklə məşğul olduqlarına görə 78 nəfər saxlanılıb.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, Binəqədi RPİ əməkdaşları tərəfindən dilənçiliklə məşğul olduqlarına görə 72 nəfər (22 qadın, 17 kişi və 33 azyaşlı) saxlanılıb, onlara xəbərdarlıq edildikdən sonra yaşadıqları Xızı rayonuna göndəriliblər.
 
Nərimanov RPİ əməkdaşları tərəfindən isə dilənçiliklə məşğul olduqlarına görə 6 nəfər (2 qadın və 4 azyaşlı) saxlanılıb, onlara xəbərdarlıq edildikdən sonra yaşadıqları Yevlax rayonuna göndəriliblər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR