Bakıda dilənçilər tutuldu

Bakıda dilənçilər tutuldu
18:36 3 Yanvar 2015
215 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda dilənçiliklə məşğul olan 78 nəfər saxlanılıb.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Binəqədi RPİ əməkdaşları tərəfindən dilənçiliklə məşğul olduqlarına görə 72 nəfər (22 qadın, 17 kişi və 33 azyaşlı) saxlanılıb, onlara xəbərdarlıq edildikdən sonra yaşadıqları Xızı rayonuna göndəriliblər.

Nərimanov RPİ əməkdaşları tərəfindən isə dilənçiliklə məşğul olduqlarına görə 6 nəfər (2 qadın və 4 azyaşlı) saxlanılıb, onlara xəbərdarlıq edildikdən sonra yaşadıqları Yevlax rayonuna göndəriliblər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=317598

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR