Sərhəddə hərbçi qaçırıldı

Sərhəddə hərbçi qaçırıldı
18:36 3 Yanvar 2015
157 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə-Suriya sərhədində türk ordusunda xidmət edən çavuş qaçırılıb.

ANS PRESS-in məlumatına görə, hadisə Suriya sərhədində yerləşən Kilis şəhərində baş verib.

Belə ki, Suriyadan Türkiyəyə qaçaq yolla keçmək istəyənlər olub. Lakin türk əsgərlər bunun qarşısını alıb. Ordunun çavuşu onları uzaqlaşdırarkən sərhədi keçib. Adı açıqlanmayan çavuş geri qayıtmayıb.

Türkiyədəki hərbi mənbələr yerli mətbuata faktı təsdiqləyib. Lakin onun çavuşun kimlər tərəfindən qaçırıldığı hələlik bilinmir.

Hərbçinin axtarışlarına Türkiyə Milli Kəşfiyyat Təşkilatının əməkdaşları da cəlb edilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317597

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR