Ulduz futbolçuya yeni müqavilə təklif ediləcək

Ulduz futbolçuya yeni müqavilə təklif ediləcək
18:37 3 Yanvar 2015
178 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"in Qaret Beylə ciddi maraq göstərməsi "Real Madrid" rəhbərliyini narahat edib. Madrid təmsilçisi 2013-cü ildə "Tottenhem"dan transfer edilən futbolçunu uzun müddətə klubda saxlamaq üçün fəaliyyətə keçib. Goal.az "The Telegraph"a istinadən xəbər verir ki, "Real" rəhbərliyi 25 yaşlı uelsli oyunçuya 2021-ci ilə qədər nəzərdə tutulan müqavilə təklif edəcək.

"Yunayted"in Beylə görə 150 milyon funtdan keçməyə hazır olmasına "kral klubu"nun prezidenti Florentino Perez münasibət bildirmişdi. Perez əvvəlcə Beyli "300 milyon funta belə satmayacaqlarını" qeyd etmiş, daha sonra futbolçunun buraxılış qiymətini 1 milyard avro müəyyənləşdirmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/317070.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR