Bakıda və Saatlıda yanğın olub

18:52 3 Yanvar 2015
202 Digər
Ölkə mətbuatı
A- A+

[ 03 Yanvar 2015 18:48 ]

Bakı. Cavid Zeynallı – APA. Bakıda və Saatlı rayonunda yanğın hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakının Yasamal rayonunda yanğın nəticəsində üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan bir otaqlı mənzilin lambirdən ibarət tavanı 3 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən mühafizə olunub.

 

Saatlıda ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaqlı evin tüstü bacasının ətrafı 5 kv.m sahədə yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb, evin qalan hissəsi mühafizə olunub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367934

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR