Azərbaycan Türkiyədə 7-ci oldu

19:06 3 Yanvar 2015
88 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə fəaliyyət göstərən xarici ölkələr məxsus ən çox Qeyri Hökumət Təşkilatları arasında Azərbaycan 7-ci yerdədir.

ANS PRESS-in məlumatına görə, Türkiyədə fəaliyyət göstərən xarici ölkələrə aid QHT-lərin sayı açıqlanıb.

Açıqlamada bildirilir ki, Türkiyədə xarici ölkələrə aid 113 QHT fəaliyyət göstərir ki, onların da çoxu (29) ABŞ-a məxsusdur. İkinci yerdə Almaniya, üçüncü yerdə Şimali Kipr Türk Cümhuriyyəti qərarlaşıb.

Azərbaycan isə İngiltərə, İsveçrə və Fransadan sonra 7-ci yerdə qərarlaşıb. Azərbaycanın Türkiyədə 3 Qeyri Hökumət Təşkilatı fəaliyyət göstərir.

Növbəti yerlərdə isə Hollandiya, İrlandiya, Yaponiya, Rumıniya, Belçika, Qazaxıstan, İspaniya, Ukrayna, Kanada, Rusiya gəlir

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=317600

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR