Yazıçı Elçin Hüseynbəylinin hekayələri Vilnüsdə nəşr olunub

19:37 3 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 03 Yanvar 2015 19:35 ]

Bakı. Cavid Zeynallı - APA. Yazıçı-dramaturq Elçin Hüseynbəylinin hekayələri Litva Azərbaycanlıları Cəmiyyətinin dəstəyi ilə Vilnüsdə çap edilib. APA-nın məlumatına görə, yazıçının “Oyun”, “İlk öpüş” və “Qumru quşu” adlı hekayələri Litva Yazıçılar Birliyinin “Ədəbiyyat və İncəsənət” və “Şimal Afinası“ nəşrlərində işıq üzü görüb.

 

Hekayələri Litva dilinə Halina Kobetskayte və Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev tərcümə ediblər.

 

Qeyd edək ki, bundan əvvəl E. Hüseynbəylinin “Nənəm, babam və kommunizm”, “Sular günəşə nəğmə oxuyanda”, “Məzar gəlini” və “Gözünə gün düşür” hekayələri Litvada nəşr olunmuşdu. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367936

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR