"İmperator" deputat olmaq istəyir

"İmperator" deputat olmaq istəyir
19:42 3 Yanvar 2015
162 Dünya
Ölkə mətbuatı
A- A+

Türk Dünyasının sevimlisi fikirlərini “Twitter”də bölüşüb
Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs deputat olmaq isəyir.

Anspress-in məlumatına görə, müğənni bu barədə öz “Twitter” hesabında yazıb.

2011-ci ildə millət vəkili olmaq üçün işlərə başlayan İbrahim Tatlısəs uğradığı silahlı hücumdan sonra namizədlikdən imtina etmişdi və uzun bir müddət müalicə olunmuşdu.

Millət vəkili seçilmək üçün bu dəfə qərarlı olduğunu bildirən məşhur müğənni “Twitter” yazıb: “Bu dövr artıq kimsə məni vəkillikdən vaz keçirə bilməyəcək. Xeyr deyirəm, çünki bu dəfə bunu qızım Əlif Ada üçün istəyirəm. Həmyerlilərimizin yanımda olduğunu bilirəm. Amerikadan dönən kimi, inşallah, çalışmalara başlayacağam. Fikirlərimi tərəfdarlarımızla paylaşmaq istədim. Bu saatdan sonra xalqa xidmətdə sərhəd yoxdur. Hörmətlə, yeni vəkil namizədiniz, Şanlıurfalı İbrahim Tatlısəs”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317088.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR