Rusiya sülhlə razılaşır

Rusiya sülhlə razılaşır
20:05 3 Yanvar 2015
134 Dünya
Ölkə mətbuatı
A- A+

4 ölkənin naziri danışıqları davam etdirmək barədə razılaşıblar
Rusiya, Ukrayna, Almaniya və Fransanın xarici işlər nazirləri arasında keçirilmiş telefon danışıqlarının nəticələrinə görə tərəflər yaxın günlərdə Ukrayna probleminin müzakirəsini davam etdirəcəklər.

Anspress-in məlumatına görə, bu barədə Fransanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Vurğulanıb ki, nazirlər danışıqları yaxın günlərdə "Norman formatında" keçirmək barədə razılığa gəliblər.

Rusiya XİN-dən bildirilib ki, tərəflər Ukraynanın cənub-şərqində vəziyyətin Minsk razılaşması çərçivəsində nizama salınmasına kömək yollarını müzakirə ediblər.

Xatırladaq ki, Rusiya, Almaniya, Fransa və Ukraynanın xarici işlər nazirləri Sergey Lavrov, Frank-Valter Ştaynmayer, Loran Fabius Pavel Klimkin yanvarın 2-də telefon söhbətində Ukraynanın cənub-şərqində vəziyyətin sülh yolu ilə nizamlanması prosesini müzakirə ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317089.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR