Məzahir Pənahov iclas keçirdi

Məzahir Pənahov iclas keçirdi
20:11 3 Yanvar 2015
139 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

MSK-dan ANS PRESS-ə verilən məlumata görə, əvvəlcə Komissiyanın 28 dekabr və 29 dekabr 2014-cü il tarixlərində keçirilmiş iclaslarının protokolları təsdiq edildi.

Sonra 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxıldı. Azərbaycan Respublikası Seçki Məcəlləsinin və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərini əsas götürən Komissiya vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə daxil olan müraciətlərə qanunla müəyyən olunmuş qaydada və müddətdə operativ şəkildə baxaraq müvafiq qərarlar qəbul etdi.

İclasda cari məsələlərə də baxıldı.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=317606

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR