Sevgilisini güllələdi, özünü isə öldürdü

Sevgilisini güllələdi, özünü isə öldürdü
20:12 3 Yanvar 2015
127 Dünya
Ölkə mətbuatı
A- A+

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, ABŞ mediası şənbə günü səhər saat 3:15-də baş vermiş insident barədə xəbər yayıb. Gənc xanımın keçmiş sevgilisi atəş açaraq onu ağır yaralayıb. Yaralını təcili şəkildə xəstəxanaya çatdırıblar. Hadisə Kamden şəhərində baş verib. Yaralanmış qadın həmin bölgədə yaşayır. Yaralını isə xəstəxanaya atası çatdırıb.

Az sonra gənc qadını güllələmiş şəxs də şəxsi maşınında özünü xəstəxanaya çatdırıb. Səhər saat 3:45-də isə o, oturduğu maşında özünü güllələyib və yerindəcə keçinib.

Yerli polis bildirib ki, insidentə baxmayaraq xəstəxana öz fəaliyyətin davam etdirir. Yaralı qadının vəziyyəti isə ağırdır.

Hadisənin iştirakçılarının adı polis tərəfindən gizli saxlanılır. Hadisənin səbəbi barədə də heç bir məlumat verilməyib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR