23 yaşlı qızı kütləvi şəkildə zorladılar - FOTO

23 yaşlı qızı kütləvi şəkildə zorladılar - FOTO
20:12 3 Yanvar 2015
284 Dünya
Ölkə mətbuatı
A- A+

Qızı gizli yerdə saxlayıb 10 gün təcavüz etdilər
Hindistanda yapon qız kütləvi şəkildə zorlanıb.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, 23 yaşlı yapon turisti 5 nəfər qaçırıb. Onu uzun müddət gizli yerdə saxlayıblar və hər gün qıza təcavüz ediblər.

Belə ki, Hindistanda otelə gələn yapon turistə 2 nəfər yaxınlaşıb. Bildiriblər ki, onlar otelin işçiləridir. Qıza şəhəri tanımaq üçün kömək edə biləcəklərini deyiblər. Buna aldanan qız razılaşıb.

Daha sonra qızı aparan 2 nəfərə 3 nəfər də qoşulub. Guya onlar da turistdilər. 23 yaşlı yaponu Benqal əyalətindəki məkanlarına aparıblar. Pul kartını əlindən alıblar. Daha sonra isə qızı zorlayıblar. Hadisə noyabrın 23-də baş verib. 10 gün qızə təcavüz ediblər.

Cinayətkarların əlindən qaçmağı bacaran qız Yaponiya səfirliyinə müraciət edib. Qısa müddət ərzində 5 nəfərin hər biri saxlanılıb.

Bu xəbər mediada yayıldıqdan sonra Hindistanda yerli sakinlərlə yanaşı, yapon qızları da etiraz aksiyaları keçiriblər.

Qeyd edək ki, bu cür hallar Hindistaanda tez-tez baş verir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR