"Xəzər Lənkəran" 13 futbolçu ilə yollarını ayırdı

"Xəzər Lənkəran" 13 futbolçu ilə yollarını ayırdı
21:06 3 Yanvar 2015
198 İdman
Ölkə mətbuatı
A- A+

"Xəzər Lənkəran" heyətində saxladığı futbolçuların adlarını açıqlayıb.

ANS PRESS-in məlumatına görə, mövsümün əvvəllərində Peşəkar Futbol Liqasına təqdim edilmiş sifariş ərizəsindəki oyunçulardan cəmi 14-ü komandada qalıb.

"Xəzər Lənkəran" rəhbərliyi qapıçılar Orxan Sadıqlı, Vyekoslav Tomiç və Tərlan Qasımzadə, müdafiəçilər Rasim Ramaldanov, Tural Cəlilov və Elvin Mirzəyev, yarımmüdafiəçilər Rahid Əmirquliyev, Alfred Sanko, Sadio Tounkara, Kazım Kazımlı, Kamran Abdullazadə və Bəhruz Teymurov, eləcə də hücumçular Ağabala Ramazanov və Elnur Cəfərovu heyətdə saxlayıb.

Eyni zamanda "Sumqayıt"a icarəyə verilmiş Orxan Əliyev də geri qaytarılıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=317617

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR