Arda Turan: "Sinəmi başqası ilə görəndə canım yanır"

Arda Turan: "Sinəmi başqası ilə görəndə canım yanır"
21:16 3 Yanvar 2015
269 İdman
Ölkə mətbuatı
A- A+

"Atletiko"nun və Türkiyə yığmasının üzvü Arda Turan müğənni Hülya Avşarın verilişində qonaq olub.

ANS PRESS-in məlumatına görə, futbolçu aktrisa Sinəm Koballa münasibətlərinə aid sualları bu dəfə cavabsız qoymayıb.

O, Hülya Avşarın "Nə sənin Sinəmə, nə də onun sənə olan sevgisinin bitdiyinə inanıram" sözlərinə belə cavab verib:

"Kimin daha çox, kimin daha az səhv etdiyini danışmaq yersizdi. Biz evlilik planları qurarkən ayrılmağa qərar verdik. Deməli, xeyirlisi budu. Üzərimdə əməyi olan hər kəs mənim üçün qiymətlidi. Bura Sinəm də daxildi. Amma mən bəzi şeyləri qəbul edə bilmirəm. Sinəm başqası ilə görüşdüyü an mənim üçün hər şey bitdi. Canımın bundan sonra tək arzum, onun xoşbəxt olmasıdı. Sinəm qadınlıq qüruru və inadı ilə fərqli bir seçim etdi. Onun başqası ilə görüşdüyünü görüncə canımın yandığını deməkdən utanmıram".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR