Millimiz Yaponiyaya qalib gəldi (VIDEO)

Millimiz Yaponiyaya qalib gəldi (VIDEO)
21:51 3 Yanvar 2015
205 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnir start verilib.

ANS PRESS-in məlumatına görə, 1997-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş yığmaların yarışında millimiz də meydana çıxıb.

Nikolay Adamın yetirmələri ilk oyununu Yaponiyaya qarşı keçirib. 7-ci dəqiqədə Elnur Cəfərovun vurduğu qol yeganə olub və millimiz 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, millimizin digər rəqibi Rusiya-2 komandasıdı. Bu görüş isə sabah Bakı vaxşı ilə saat 16.30-da başlayacaq.

Sankt-Peterburq
Valentin Qranatkin turniri
F qrupu, I tur

3 yanvar
Yaponiya - Azərbaycan 0:1
Qol: Elnur Cəfərov, 7.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR