Millimizdən yubiley qələbəsi

Millimizdən yubiley qələbəsi
22:12 3 Yanvar 2015
185 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisi Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdə yubiley qələbəsini qazanıb. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu gün Yaponiya yığmasını 1:0 hesabı ilə məğlub edən komandamız turnirdə özünün 5-ci uğruna nail olub.

2009-cu ildən ardıcıl 7-ci dəfə yarışa qatılan komandamız bunadək 26 görüşdə 4 qələbə qazanıb, 12 heç-heçə edib və 10 dəfə uduzmuşdu. 27-ci qarşılaşma isə 5-ci qələbə ilə nəticələnib.

2009-cu ildə 2, 2012 və 2013-cü illərdə 1 qələbəsi olan yığmamız 2010, 2011 və 2014-cü illərdə qalib gələ bilməmişdi. Düzdür, oyunsonrası penaltilərlə qələbələr əldə edilmişdi. Amma oyunda qələbə qeydə alınmamışdı. Son uğurumuz isə 728 gün əvvələ təsadüf etmişdi.

Yığmamızın Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdəki qələbələri

09.01.2009 Çili 1:0
11.01.2009 Latviya 2:0
05.01.2012 Sankt-Peterburq 2:1
05.01.2013 Litva 3:2
03.01.2015 Yaponiya 1:0

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/317107.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR