Mafiya davası başladı: 3 ölü

Mafiya davası başladı: 3 ölü
22:51 3 Yanvar 2015
155 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə mafiyalar arasında qanlı toqquşmalar davam edir.

ANS PRESS-in məlumatına görə, İstanbulda son 10 gündə 3-cü mafiya başçısı öldürülüb.

Belə ki, narkotik vasitələrin ticarəti ilə məşğul olan mafiya başçılarından biri Mehmet Paksoyun meşədə meyiti tapılıb. O, başından bir güllə ilə vurularaq öldürülüb.

Hadisə yerinə polislər gəlib. Araşdırmalar zamanı məlum olub ki, öldürülən şəxs narkobaron Torbaçı ləqəbli Mehmet Paksoydur.

28 yaşlı Paksoy polis tərəfindən axtarışda olub. Onun kim və ya kimlər tərəfindən öldürüldüyü hələlik məlim deyil.

Qeyd edək ki, Paksoy son 10 gündə öldürülən 3-cü narkobarondur. Bundan əvvəl mafiya başçıları Əli Əkbər Ağgün və tanınmış mafiya başçısı Sedat Şahinin qardaşı Vedat Şahin eyni gündə öldürülümüşdülər. Bu cinayətlərin arxasında Hollandiya mafiyasının olduğu iddia edilir. Belə ki, Hollandiya Baş prokurorluğunun əməkdaşları İstanbulda səfərdə olarkən açıqlama vermişdilər ki, mafiya başçıları İstanbula gələrək qətllər törədəcəklər. Onaların "qara siyahısı"nda 30 nəfər var.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR