Azərbaycanda "Volkswagen" "Qazel"lə toqquşdu: ölən var - FOTO

Azərbaycanda "Volkswagen" "Qazel"lə toqquşdu: ölən var - FOTO
23:05 3 Yanvar 2015
157 Digər
Ölkə mətbuatı
A- A+

Hadisə Biləsuvar rayonunda baş verib
Axşam saatlarında Biləsuvar rayonunda baş verən qəzada bir nəfər həlak olub.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, qəza yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində baş verib.

Qəza nəticədə 1 nəfər həlak ölüb. Avtomobillər isə yarasız hala düşüb.

Hadisə Ələt-Astara magistralının 104 cü kilometrliyində Biləsuvar rayonunun Xırmandalı kəndindən keçən hissəsində baş verib. Biləsuvar rayon sakini Mahir Nəhmədov “Volkswagen Passat" markalı minik avtomobili ilə Astara istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn "Qazel" markalı avtomobil ilə toqquşub.

Nəticədə minik avtomobili bir neçə dəfə fırlanaraq yol kənarındakı dərəyə yuvarlanıb. Mahir Nəhmədov xəstəxənaya çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyib.

İlkin ehtimala görə qəzaya minik avtomobilinin yüksək sürətlə idarə olunması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.




Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/317118.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR