Binəqədidə Avropanı mat qoyan 6 yaşlı istedadlı şahmatçı ilə görüş keçirilib - FOTO

Binəqədidə Avropanı mat qoyan 6 yaşlı istedadlı şahmatçı ilə görüş keçirilib - FOTO
17:52 5 İyul 2016
61 İdman
Ölkə mətbuatı
A- A+

İyulun 4-də Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Avropanı mat qoyan Binəqədi rayon sakini 6 yaşlı istedadlı şahmatçı Ziya Məmmədovu qəbul edib.

Milli.Az bildirir ki, İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, keçirilən görüşdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov və 6 yaşlı şahmatçının valideynləri iştirak ediblər.

Görüşdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı balaca şahmatçını və onun valideynlərini əldə etdiyi qələbə münasibətilə təbrik etmiş, gələcək fəaliyyətində Ziya Məmmədova uğurlar diləyib. Natiq görüş zamanı bildirib ki, bu gün dövlət başçısının idman sahəsinə göstərdiyi diqqət və qayğını balaca Ziyanın əldə etdiyi uğurların timsalında görə bilərik. Bu yaşda Ziya balamızın əldə etdiyi qələbə Siz valideynlərlə yanaşı bizləri də çox sevindirib.

Səmimi keçən görüşdə balaca Ziya əldə etdiyi uğurlardan danışıb.

Məlumat üçün bildirək ki, Yunanıstanın Halkidiki şəhərində keçirilən Avropa çempionatında Binəqədi rayon sakini 6 yaşlı istedadlı şahmatçı Ziya Məmmədov 7 yaşlılar arasında Avropa çempionu olub. Şahmatçımız özündən böyüklərlə mübarizə apararaq mümkün 9 xaldan 8 xal qazanıb. Balaca şahmatçı 7 oyunda qalib gəlib və 2 qarşılaşmanı heç-heçə ilə başa vurub.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/449534.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR