Pyer Rişar və Jerar Depardye yenidən birlikdə

Pyer Rişar və Jerar Depardye yenidən birlikdə
00:22 4 Yanvar 2015
291 Maraqlı
Ölkə mətbuatı
A- A+

Fransada Anton Çexovun əsərlərinin motivləri əsasında filmin çəkilişləri başlayıb. Film bir neçə novelladan ibarət olacaq. Novellaların birində Fransa kinosunun əfsanələri Pyer RişarJerar Depardye birgə çəkiliblər.

AzərTAc Filmpro.ru saytına istinadla xəbər verir ki, onlar Anton Pavloviç Çexovun “Aqafya” hekayəsinin əsasında ekranlaşdırılan novellada rol alıblar. Filmdə Jerar Depardye qadınlar arasında populyar olan işsiz kəndli Savka rolunu, Pyer Rişar isə onun dostunu canlandırıb.

Pyer Rişarın 2014-cü ildə 80, Jerar Depardyenin isə 66 yaşı tamam olub. Məşhur aktyorların birgə çıxış etdikləri son film 28 il bundan əvvəl ekranlara çıxan “Qaçaqlar” filmidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/317122.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR