Ukrayna ordusu hərəkətə keçdi (FOTO)

Ukrayna ordusu hərəkətə keçdi (FOTO)
00:36 4 Yanvar 2015
157 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna Milli Qvradiyası Odessa vilayətində xüsusi əməliyyata başlayıb.

ANS PRESS-in məlumatına görə, hərbçilər Odessa vağzalına KrAZ maşınları ilə gəliblər.

Şahidlər bildirirlər ki, hərbçilər ən azı iki maşın karvanı ilə gəliblər. Milli Qvardiyanın vilayətdə operativ-profilaktik əməliyyatlar həyata keçirəcəyi bildirilir.

Əhalinin təşvişə düşdüyünü görən Odessa polisi açıqlama verib: "Hərbçilər küçələri nəzarətdə saxlayacaqlar. Əmin olun ki, qorxulu heç nə yoxdur. İnsanlar küçəyə çıxmasınlar. Biz sakinləri sadəcə terror aktlarından qorumağa çalışırıq".

Qeyd edək ki, operativ-profilaktik əməliyyatlar Seqedskoyda baş vermiş güclü partlayışdan sonra həyata keçirilməyə başlanıb.






Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317622

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR