Şotlandiyada yük gəmisi qəzaya uğrayıb

Şotlandiyada yük gəmisi qəzaya uğrayıb
00:42 4 Yanvar 2015
146 Dünya
Ölkə mətbuatı
A- A+

[ 04 Yanvar 2015 00:35 ]

Bakı-APA. Şotlandiyanın şimal sahilləri yaxınlığında Kiprə məxsus yük gəmisi qəzaya uğrayıb.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, gəmidə 8 heyət üzvü olub.

 

Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır. Əməliyyata xilasedici gəmilər və iki helikopter cəlb olunub.

 

Qəzaya uğrayan gəmidən fəlakət siqnalının verilmədiyi bildirilir. Aşmış vəziyyətdə qalan gəmini yanvarın 3-də yaxınlıqdan keçən bərə aşkar edib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367945

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR