Gəmi qəzaya uğradı, 8 nəfər itkin düşdü

Gəmi qəzaya uğradı, 8 nəfər itkin düşdü
00:44 4 Yanvar 2015
149 Dünya
Ölkə mətbuatı
A- A+

Şotlandiyanın şimal sahilləri yaxınlığında Kiprə məxsus yük gəmisi qəzaya uğrayıb.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, gəmidə 8 heyət üzvü olub.

 

Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır. Əməliyyata xilasedici gəmilər və iki helikopter cəlb olunub.

 

Qəzaya uğrayan gəmidən fəlakət siqnalının verilmədiyi bildirilir. Aşmış vəziyyətdə qalan gəmini yanvarın 3-də yaxınlıqdan keçən bərə aşkar edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR