Israil fələstinlilərə pul köçürülməsi əməliyyatını dondurub

01:17 4 Yanvar 2015
88 Dünya
Ölkə mətbuatı
A- A+

[ 04 Yanvar 2015 01:12 ]

Bakı-APA. Israil Fələstin hökumətinin aylıq maliyyələşməsi üçün pul köçürməsini dondurub.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu, Fələstin muxtariyyətinin Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmaq niyyətində olmasından sonra baş verib.

 

İsrailin Baş naziri Binyamin Netanyahu 125 milyon dollar məbləğində ödəmənin dondurulması barədə qərarı nazirlər ilə məsləhətləşmələrdən sonra verib.

 

Fələstin nümayəndələri İsrailin hərəkətini hərbi cinayət kimi qiymətləndiriblər.

 

Məlum olduğu kimi, ötən gün Fələstinin BMT-dəki nümayəndəliyi Muxtariyyətin Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmasına dair ərizə verib. Məhkəməyə üzvlük  Fələstinə İsrailə qarşı beynəlxalq məhkəmələrdə hərbi cinayətlərlə bağlı iddialar qaldırmağa icazə verəcək. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR