Daşkənddə Zeynəb Xanlarovadan yazdılar

Daşkənddə Zeynəb Xanlarovadan yazdılar
01:31 4 Yanvar 2015
244 Şou
Ölkə mətbuatı
A- A+

SSRİ Xalq Artisti Zeynəb Xanlarovanın ad günü ilə əlaqədar Daşkəndəki silkway.uz saytında məşhur müğənninin həyat və yaradıcılığı haqqında məqalə yerləşdirilib.

Məqalədə deyilir ki, Azərbaycanın, Özbəkistanın və keçmiş SSRİ-nin Xalq Artisti olan Zeynəb Xanlarova bir çox orden və medallara layiq görülüb: “Məşhur müğənni, həmçinin müstəqil Azərbaycanın “Şöhrət” və “İstiqlal” ordenlərini alıb. Zeynəb Xanlarova uzun illərdir Azərbaycan Milli Məclisinin deputatıdır. Opera və Balet Teatrının solisti kimi uğurlu fəaliyyət göstərib. Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb, bir sıra digər operalarda baş rollarda oynayıb”. ANS PRESS-in məlumatına görə, bu barədə AzərTAc xəbər yayıb.

Bildirilir ki, müğənninin muğam, təsnif və xalq mahnıları ilə zəngin olan repertuarında bəstəkar və Şərq xalqlarının mahnıları da geniş yer tutur. “Şahnaz”, “Qatar”, “Bayatı Şiraz” və digər muğamları məharətlə ifa edən Zeynəb Xanlarova qadın ifaçılar arasında ilk dəfə olaraq “Çahargah” muğamını lentə yazdırıb. Müğənni Qara Qarayev, Arif Məlikov, Tofiq Quliyev, Ələkbər Tağıyev, Emin Sabitoğlu və digər tanınmış bəstəkarların mahnılarını da məharətlə ifa edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=317633

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR