Cerard: "Komanda yoldaşlarım şok oldu"

Cerard: "Komanda yoldaşlarım şok oldu"
02:29 4 Yanvar 2015
197 İdman
Ölkə mətbuatı
A- A+

"Liverpul"dan ayrılmağa qərar verən Stiven Cerard maraqlı fikirləri ilə diqqət çəkib.

 

Lent.az-ın “qol.az”-a istinadən məlumatına görə, klubun rəsmi saytına danışan 34 yaşlı futbolçu qərarının komanda yoldaşlarını şok etdiyini bildirib: "Bilirəm ki, komanda yoldaşlarım şok oldular. Bu, bütün komanda üzvləri üçün pis xəbər idi. Heç kəsin diqqətini məşqdən yayındırmaq istəmədim. Ona görə də qərarımı "Lester"lə oyundan sonra açıqladım. Komanda yoldaşlarımın mənə olan münasibəti çox xoş idi. Ayrılmaq təsiredicidir. Ancaq həyat davam edir".

 

Qeyd edək ki, 1998-ci ildən "Liverpul"un şərəfini qoruyan Cerard cari mövsümün sonunda Amerikaya üz tutacağı gözlənilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR