Ölümcül virus əl çəkmir

Ölümcül virus əl çəkmir
02:31 4 Yanvar 2015
145 Dünya
Ölkə mətbuatı
A- A+

Syerra Leonedən qayıdandan sonra Ebola xəstəliyinə yoluxan britaniyalı tibb bacısının vəziyyəti ağırdır. ANS PRESS-in məlumatına görə, bu barədə onu müalicə edən London xəstəxanası bildirib.

Royal Free Hospital "təəssüflə bəyan edir ki, Paulin Kafferkinin vəziyyəti son iki gün ərzində tədricən pisləşib".

Paulin Kafferki eksperimental anti-virus dərmanı qəbul edib və ona xəstəlikdən sağalan adamların qanı verilib.

Xatırladaq ki, o, dekabrda, "Save the Children" xeyriyyəçi təşkilatla könüllü olaraq Syerra Leoneyə gedəndən sonra xəstələnib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317634

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR