“Boko Haram” silahlıları 15 dinc sakini qətlə yetiriblər

“Boko Haram” silahlıları 15 dinc sakini qətlə yetiriblər
02:52 4 Yanvar 2015
100 Dünya
Ölkə mətbuatı
A- A+

[ 04 Yanvar 2015 02:46 ]

Bakı-APA. Nigeriyada fəaliyyət göstərən “Boko Haram” terror qruplaşmasının silahlıları Kamerunun şimalında avtobusa hücum edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə azı 15 nəfər ölüb, daha 10 nəfər ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

Məlumata görə, silahlıların hücumuna Kusseri-Maura marşrutu ilə hərəkət edən sərnişin avtobusu məruz qalıb.

 

Öldürülənlərin sayının artacağı istisna olunmur. Onların hamısının dinc sakin olduğu bildirilir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367948

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR