Sərnişin avtobusuna hücum edildi

Sərnişin avtobusuna hücum edildi
03:11 4 Yanvar 2015
123 Dünya
Ölkə mətbuatı
A- A+

“Boko Haram” terror qruplaşması yaraqlıları Kamerunun şimalında sərnişin avtobusuna hücum edib.

ANS PRESS-in məlumatına görə, Kamerunun şimalında Kusseridən Maura istiqamətində hərəkət edən sərnişin avtobusu Nigeriyada fəaliyyət göstərən “Boko Haram” terror qruplaşması yaraqlılarının hücumuna məruz qalıb. Nəticədə, 15 nəfərin öldüyü, 10 nəfərin isə ağır bədən xəsarətləri aldığı bildirilir.

Nigeriya ilə yanaşı, Kamerunda da artıq terror aktları həyata keçirən qruplaşma, sonuncu dəfə oradakı kəndlərdən birini etdiyi hücumda 40-a yaxın dinc sakini öldürmüşdü.

Qeyd edək ki, “Boko Haram” qruplaşması (mənası “Qərb quruculuğu - günahdır”) 2002-ci ildə yaradılıb. Bu qruplaşma ölkədə şəriət qanunlarının qurulmasını tələb edirlər. Onlar minlərlə insanın həyatına vəhşicəsinə son qoyub, yüzlərlə insanı oğurlayıb, çox sayda insanların evlərini yandıraraq çöldə qoyublar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR