İsrail Fələstinin puluna “əl qoydu”

İsrail Fələstinin puluna “əl qoydu”
03:51 4 Yanvar 2015
118 Digər
Ölkə mətbuatı
A- A+

İsrail fələstinlilər üçün 125 milyon dollarlıq vergi gəlirlərinin dondurulması qərarına gəlib.

ANS PRESS-in məlumatına görə, bu addım Fələstinin Beynəlxalq Cinayətlər Məhkəməsinə qoşulmaq səylərinə cavab mahiyyəti daşıyır.

Fələstin prezidenti Mahmud Abbas BMT-nin Təhlükəszilik Şurasının 3 il ərzində Fələstin dövlətinin yaradılmasına dair qətnamə layihəsini rədd etməsindən sonra Beynəlxalq Cinayətlər Məhkəməsinə qoşulmaqla bağlı sənədlərə imza atıb. Fələstin bu təklifi verərək, İsrailin fələstinlilərə qarşı müharibə cinayətlərinə əl atdığına dair məhkəməyə şikayət vermək hüququ əldə etməyə çalışır.

Bundan sonra İsrailin baş naziri Benyamin Netanyahu bunun intiqamının alınacağına söz verib.

Qeyd edək ki, fələstinlilər vergi gəlirlərindən hökumətin fəaliyyəti və mülki işçilərin maaşlarının ödənilməsi üçün istifadə edir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR