Rublun sağ əli avronun başında

Rublun sağ əli avronun başında
04:06 4 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

ABŞ dolları avroya nisbətən bahalaşmaqda davam edir. 1 avro 1.2 dollar həddinə düşüb.

ANS PRESS-in məlumatına görə, bu göstərici son 4,5 ildə ən aşağı məzənnədir.

Son günlər avronun kəskin enişinin əsas səbəbi Yunanıstanda siyasi böhranın dərinləşməsidir. Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu Yunanıstana on milyardlarla avro həcmində yardımları yalnız dövlət xərclərinin kəskin azaldılması əvəzində verir. Orada isə növbədənkənar seçkilər ərəfəsində, rəy sorğularına görə, xarici yardımlar müqabilində kütləvi işçi ixtisarları aparmaq siyasətinə qarşı çıxan qüvvələr qələbəyə daha şanslı görünürlər.

Digər tərəfdən isə Avropa Mərkəzi Bankının prezidenti Mario Dragi son müsahibəsində deyib ki, avrozonada deflyasiyadan narahatdır və iqtisadiyyatı stimullaşdırmaq üçün əlavə tədbirlər paketi hazırlamaq haqda 6 ay əvvəlkinə nisbətən daha ciddi düşünür.

Bu müsahibədən sonra sərmayədarların avroya olan ümüdləri sönüb.

Lakin avronun məzənnəsinə daha bir amil təsir edir. Məlumdur ki, ABŞ Mərkəzi Bankı faiz dərəcələrini qlobal maliyyə böhranı başlanan kimi aşağı salmışdı. Hazırda bunun sadəcə ehtimalı belə avro məzənnəsinə təsirsiz ötüşmür.

Lakin Amerika iqtisadiyyatı böhrandan çıxma istiqamətində hərəkət etdikcə, işsizlik faizi düşdükcə, ABŞ rəsmiləri faizlərin düşməsinin stimullaşdırıcı yox əks təsiri barədə daha çox danışır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=23&nid=317641

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR