Terrorçular 40 gənci oğurladı

Terrorçular 40 gənci oğurladı
04:41 4 Yanvar 2015
133 Dünya
Ölkə mətbuatı
A- A+

Nigeriyanın şimal-şərqində yeləşən kəndlərdən birində "Boko Haram" qruplaşmasının silahlıları 40 gənci oğurlayıb.

ANS PRESS-in məlumatına görə, cümə günü axşam saatlarında Borno əyalətindəki Malari kəndindən qaçıb paytaxt Maiduguriyə gələn adamlar bildiriblər ki, kişilər yeni il gecəsi oğurlanıb.

Bundan əlavə terrorçular Kamerunda da avtobusa hücum edərək 15 nəfəri qətlə yetirib.

Xatırladaq ki, ötən il Boko Haram Nigeriyanın Bornodakı internat məktəbindən təxminən 200 qız qaçırtmışdı. Ötən il silahlıların zorakılığı nəticəsində şimal-şərqi Nigeriyada 2000-dək adam həlak olmuşdu.

Adı "Qərbyönlü təhsil qadağandır" mənasını verən Boko Haram qrupu Afrikanın kabusuna çevrilib. Onlar 2009-cu ildən bu yana Nigeriyanın şimalında dövlət yaratmağa çalışır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317639

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR