İtən təyyarənin lisenziyası olmayıb

İtən təyyarənin lisenziyası olmayıb
05:06 4 Yanvar 2015
121 Dünya
Ölkə mətbuatı
A- A+

Qəzaya uğramış "AirAsia" sərnişin təyyarəsinin axtarışları Yava dənizində, Borneo adası sahillərində hələ də davam edir.

ANS PRESS-in məlumatına görə, təyyarənin qalıqları və qəza qurbanlarını axtaranlar təyyarə gövdəsinin dörd iri fraqmentini aşkar ediblər. Tapılan hissələrdən birinin uzunluğu 18 metrdir.

Bu arada təhqiqat aşkara çıxarıb ki, "A320-200" Surabayadan Sinqapura uçuş üçün verilmiş marşrut lisenziyasını pozub. Hazırda "AirAsia" şirkətinin bütün qalan reyslərində təcili yoxlamalar keçirilir.

Məlum olub ki, qəzadan az əvvəl təyyarənin komandiri 9753 metr hündürlükdə uçan təyyarəni 11 min 500 metrə qaldırmaq üçün dispetçerdən icazə istəyib, lakin ona 10 min 360 metr hündürlüyə qalxmaq icazəsi verilib. Bundan sonra təyyarənin qəfil dik qalxdığı qeydə alınıb. Ekspertlərin fikrincə, bununla pilotlar "A320" təyyarəsinin texniki imkanlarını aşıblar.

Rusiyadan olan dalğıcların da axtarışa qoşulmağına baxmayaraq, hava şəraiti axtarış işlərini çətinləşdirir, belə ki, görüntü 2 metri keçmir.

Qeyd edək ki, qəzadan salamat çıxanların olmadığı bildirilir. İndiyədək 30 cəsəd tapılıb, lakin qalan cəsədlərin təyyarə ilə birlikdə dənizin dibində olduğu güman edilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317642

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR