Avstraliyada şiddətli yanğın: 11 hektar meşə və 30 ev yandı

Avstraliyada şiddətli yanğın: 11 hektar meşə və 30 ev yandı
05:09 4 Yanvar 2015
112 Dünya
Ölkə mətbuatı
A- A+

Avstraliyada güclü meşə yanğını tüğyan edir.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Cənubi Avstraliya ştatında, Adelaida şəhəri yaxınlığında yanğın 11 hektar meşə sahəsini məhv edib.

 

Bundan başqa,  adıçəkilən ərazidə artıq 30 ev tamamilə yanaraq külə dönüb. Adelaida  ətrafındakı yaşayış məntəqələrinin minlərlə sakini xüsusi sığınacaqlarda gecələməli olur.

 

Alovla mübarizəyə 2 min yanğınsöndürən, 14 təyyarə və helikopterlər cəlb olunub. Bölgədə külək əsdiyindən, yanğını nəzarət altına almaq hələ də mümkün olmayıb. Havaların həddindən artıq isti keçməsi də vəziyyətə təsir edir. Yanvarın 3-də Adelaida şəhərində havanın hərarəti 40 dərəcəyə çatıb.

 

Hesablamalara əsasən, bu, Cənubi Avstraliya ştatında son 30 ildə qeydə alınan ən məhvedici yanğındır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189338

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR