İlk qaradərili senator öldü (VİDEO)

İlk qaradərili senator öldü (VİDEO)
06:21 4 Yanvar 2015
151 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Senatına seçilən ilk qaradərili Massaçusetsdən olan respublikaçı Edvard Bruk 95 yaşında vəfat edib.

ANS PRESS-in məlumatına görə, xəbəri "Reuters" Respublika partiyasına istinadən xəbər verib.

Senata seçilməzdən əvvəl 1966-cı ildə Edvard Bruk Massaçutetsdə baş prokuror vəzifəsində işləyib. O dövrlərdə də indiki kimi ölkə irqçilik qalmaqalına bürünmüşdü.

Bruk Vyetnamda ordunun yığılmasına qarşı olub, eləcə də Uotergeyt skandalından sonra ABŞ prezidenti Riçard Niksonun istefasını tələb edən ilk respublikaçı-senator olub.

Ölümün təfərrüatları barədə məlumat verilməyib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317647

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR