Binəqədidə Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümünə həsr edilmiş tədbir keçirilib - FOTO

Binəqədidə Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümünə həsr edilmiş tədbir keçirilib - FOTO
16:05 14 İyul 2016
44 Ölkə
Ölkə mətbuatı
A- A+

İyulun 14-də Binəqədi Rayon İcra Hakimiyyətində ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 47-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, "İki sahil" qəzetinin baş redaktoru, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə, Aparatın əməkdaşları, rayon icra nümayəndələri, bələdiyyələr və YAP Binəqədi rayon təşkilatının fəal üzvləri iştirak ediblər.

Tədbirdən əvvəl iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ulu öndərə ehtiramlarını bildiriblər.

Milli.Az bildirir ki, tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov 14 iyul 1969-cu il tarixinin əhəmiyyətindən danışıb. Müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən bu tarixin ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcı olduğunu nəzərə çatdıran natiq ümummilli liderin Azərbaycan KP MK-ın I katibi seçilməsi ilə Azərbaycanın gələcək inkişafının fundamental strateji istiqamətlərinin müəyyənləşdirildiyini qeyd edib.

Daha sonra "Zirvədən Zirvəyə və Əbədiyyətə" mövzusunda məruzə ilə çıxış edən "İki sahil" qəzetinin baş redaktoru, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə ulu öndərin təkcə dövlət quruculuğu sahəsində deyil, milli quruculuqda da xalqa liderlik etdiyini vurğuladı. Natiq bildirdi ki, 1969-cu il iyulun 14-də Azərbaycanın siyasi səhnəsində sözün böyük mənasında Günəş doğdu: "Ulu öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. 1969-cu ildə keçirilən məşhur avqust plenumu isə Azərbaycanın həyatında mühüm və şərəfli bir mərhələnin başlanğıcı oldu. 1969-1982-ci illər respublikamızda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü. Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə böyük uzaqgörənliklə və müdrikcəsinə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaratdı. Bu danılmaz məntiqin mahiyyətinə qədərincə varmaq üçün insanda yalnız heyrət doğuran faktların təkcə bir qisminə diqqət yetirmək kifayətdir. Bu gün bütün sahələrdə əldə edilən uğurlar hər birinin qayəsində Ulu Öndərin ideyaları dayanır. Ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən davam etdirilən bu siyasət hələ ölkəmizi daha böyük uğurlara sövq edəcəkdir. Necə ki, hər birimiz hər ildə əldə edilən uğurların nümunəsində bunları görə bilirik".

Tədbirin sonunda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov Heydər Əliyev siyasi kursu ilə bağlı zəngin biliklərini, xatirələrini bölüşdüyünə görə Vüqar Rəhimzadəyə minnətdarlığını bildirdi. Natiq qeyd etdi ki, Azərbaycanın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu inkişaf ilk növbədə xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin bu gün ölkə başçısı tərəfindən layiqli davam etdirilməsinin nəticəsidir.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/451824.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR