2015-ci ilin ən çox gözlənilən planşetləri

2015-ci ilin ən çox gözlənilən planşetləri
06:46 4 Yanvar 2015
186 Digər
Ölkə mətbuatı
A- A+

Dünyada böhran hökm sürsə də, müxtəlif qadjet istehsalçıları, əksəriyyəti növbəti ilin başlanğıcında təqdim ediləcək innovativ qurğuların hazırlanması prosesini dayandırmaq niyyətində deyillər.

ANS PRESS-in məlumatına görə, bu il bizi gözləyən bir-birindən maraqlı planşet nümunələri təqdim edilib.

Nexus 2015 edition – İlk sırada əlbəttə ki, "Nexsuslar" xəttinin növbəti yenilənməsi dayanır. Planşet şirkətin 2015-ci ildə keçiriləcək sərgilərindən birində nümayiş olunacaq. Ötən il "Motorola" və "Google" Nexus 6 adlı altı düymlük qurğunu satışa çıxardı və bununla da etalon qadjetlərin yeni tipinin əsası qoyuldu: hazırda bu, Androidin həm son versiyası, həm də kifayət qədər inkişaf etdirilmiş konfiqurasiyasıdır.

Toshiba Shared Board (TT301) – Yeni qeyri-müəyyən Nexsus qurğusundan fərqli olaraq, "Toshiba" haqqında bəzi məlumatlar verilib: bu 24 düymlük diaqonallı biznes-planşet televizora daha çox bənzəyir. Toshiba Shared Board monitor rolunu da oynaya bilər. HDMI konnektoru da məhz bunun üçün nəzərdə tutulub.

Microsoft Surface Pro 4 & Surface Mini – Bu klaviaturalı planşet-slayderin tipi əvvəlkindən fərqlənmir. "Microsoft" şirkəti qurğuda şarnir mexanizmini təkmilləşdirib. Eyni zamanda, Surface Pro 4 növbəti il yeni və daha effektiv Intel Broadwell çipi ilə təchiz oluna bilər. Bu mini-versiya 8 düymlük ekrana malik olacaq.

Apple iPad Pro – Digər "pro" isə Apple-dan gözlənilir: Şirkət yeni versiyanı hələ 2014-cü ilin avqust ayından hazırlamağa başlayıb. Ümumiyyətlə, bu planşet mövcud "kiçik" iPad-lərin əvəzetməsi kimi deyil, Apple-nin oriyentasiyasını dəyişməsi kimi qəbul edilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=317645

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR