Başına bıçaq girənin 3D kəllə FOTOLARI

Başına bıçaq girənin 3D kəllə FOTOLARI
08:26 4 Yanvar 2015
215 Digər
Ölkə mətbuatı
A- A+

Braziliyada möcüzəvi şəkildə sağ qalan mototaksi sürücüsünün 3D qrafik kəllə şəkilləri hamını təəccübləndirir.

ANS PRESS-in məlumatına görə, başına 30 santimetrlik bıçaq vurulan sürücü xəstəxanaya çatdırılana qədər özündə olub.

Piaui ştatının Terezina şəhərindəki xəstəxananın həkimi Jilbertu Albukerke bildirib ki, bıçaq bir neçə damar və sinirlərdən keçib, bu onu yerindəcə öldürə bilərdi.

Həkimin bildirdiyinə görə, zərərçəkən “qeyri-adi sürətlə” sağalır.

Hadisə bu həftənin əvvəli münaqişə zəminində baş verib. Frans Press agentliyi yerli KİV-ə istinadən bildirir ki, insident Alaqoas ştatının Aqua-Branka əyalətində baş verib. 39 yaşlı mototaksi sürücüsü Xuaselo Nunyes (Juacelo Nunes) məclislərin birində mübahisə etdiyi naməlum şəxs tərəfindən başından bıçaqlanıb. Bıçaq onun sol gözündən vurularaq, ağzından keçib aşağı sümüyün sağ tərəfindən çıxıb. Bundan sonra həkimlərin ona tibbi yardım etməsi üçün dostlar Nunyesi ən yaxınlıqdakı xəstəxanaya 2 saata çatdıra biliblər.

Qeyd edək ki, Xuaselo Nunyes boğazdan və çiyindən daha iki bıçaq yarası almışdı.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR