Hadisə Yeni il gecəsi Qubada nəfəs kəsdi (VİDEO)

Hadisə Yeni il gecəsi Qubada nəfəs kəsdi (VİDEO)
08:41 4 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Türkiyəli yanınmış müğənni Yeni İl gecəsi azərbaycanlı tamaşaçıları əsil bayram istirahəti yaşadıb.

ANS PRESS-in məlumatına görə, türkiyəli cazibədar müğənni Hadisə Açıkgöz dekabrın 31-də, Yenil İl gecəsi Qubada yerləşən məşhur otellərdən birində möhtəşəm konsert proqramı ilə çıxış edib.

Konsertin təşkilatçısı Erdinç Oran müğənni ilə bərabər, Azərbaycana texniki avadanlıqları daşımaq üçün 6 TIR-ın da gəldiyini bildirib.

Biletləri bir neçə gün əvvəlcədən qurataran İl sonu konsertində azərbaycanlı tamaşaçılarla yanaşı, rus və digər xarici vətəndaşlar da olub. Açıq-saçıq geyimləri ilə daim səhnədə coşğu yaradan müğənni bu dəfə də ənənəsinə sadiq qalıb və qısa ətəyi ilə konsert iştirakçılarını heyran edib.

Müğənninin konsertindən olan videoları təqdim edirik.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR