Finlandiyada güclü külək və qar 10 min evi elektrik enerjisiz qoyub.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, təkcə Şimali Savo və Şimali Kareliya regionunda 8 min ev işıqsız qalıb.
Qeyd olunur ki, güclü külək və sulu qar elektrik enerjisinin verilişinin bərpası üzrə işləri çətinləşdirir.
Meteoroloqların proqnozlarına əsasən, ölkə ərazisində qeyri-sabit, küləkli hava hələ bir neçə gün davam edəcək.
Milli.Az
Milli.Az